“Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Haaland klub rekordunu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyunda “Arsenal”ın qapısına qol vurmaqla “şəhərlilər”in keçmiş hücumçusu Serxio Aqueronun göstəricisini təkrarlayıb.

Haaland cari mövsümdə ölkə çempionatında qollarının sayını 26-ya çatdıraraq buna nail olub. İndiyə qədər rekord 2014/2015 mövsümünü 26 qolla tamamlayan Aqueroya məxsus idi. Haland daha bir dəfə fərqlənsə, “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu rekordunu yeniləyəcək. Onun bunu etmək üçün qarşıda 15 oyunu var.