İngiltərə Premyer Liqası qardaş ölkə Türkiyədə və Suriyada baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım ayıracaq.

Offsideplus.az xəbər verir ki, İPL zəlzələdən zərərçəkənlər üçün 1 milyon funt-sterlinq maliyyə ayırıb. Bu məbləğ Türkiyə və Suriya arasında paylaşdırılacaq.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələ çox sayda insanın həyatına son qoyub.