"Lids" baş məşqçisi Cessi Marşı istefaya göndərib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi uğursuz çıxışa görə onunla yolları ayırıb.
Qeyd edək ki, C.Marş 2022-ci ilin fevralından "Lids"i çalışdırırdı. O, ötən mövsüm komandanın Premyer Liqada qalmasına kömək edib.