"Vilyarreal" klubunun futbolçusu Arno Danjuma "Tottenhem"ə keçib.

Offsideplus.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi icarə əsasında London klubunda çıxış edəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Danjuma 2021-ci ilin yayında 27 milyon avroya "Bornmut"dan "Vilyarreal"a keçib. O, "Vilyarreal"da 51 oyuna çıxıb və 22 qol vurub.