“Lids” heyətinə yeni futbolçu qatıb. 

Offsideplus.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Hoffenhaym”ın fransalı hücumçusu Jorjinyo Rutteri transfer edib. 

"Lids” bu keçid üçün Bundesliqa təmsilçisinə 28 milyon avro ödəyib. Futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Rutter 2021-ci ilin qışında "Hoffenhaym”a keçmişdi. O, Bundesliqa təmsilçisində 64 oyuna çıxıb və 11 qol vurub.