Futbol üzrə İngiltərə kubokunun 3-cü turunda "Vulverhempton”la matçı “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, 2:2 hesabı ilə yekunlaşan görüşdə fərqlənib. 29 yaşlı oyunçu "Liverpul" forması ilə vurduğu qolların sayını 173-ə yüksəldib. Bununla da Salah 172 qol vuran əfsanəvi Kenni Dalqlişi geridə qoyub.

"Liverpul"un heyətində ən çox qol vuran futbolçusu isə Yan Rayşdır – 346 qol. İlk üçlüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.