İngiltərənin “Nyukasl” klubu yeni transferə hazırlaşır.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, "sağsağanlar" Neymar üçün 100 milyon avro ödəməyə hazırdır. Belə ki, “Nyukasl” transfer üçün artıq həmlə edib. Klubun sahibi olan Səudiyyə Ərəbistanının dövlət investisiya fondu bu transferlə “Nyukasl”ın nüfuzunu artırmaq istəyir.

Məlumatlara görə, PSJ klubu da bu təklifə müsbət yanaşır.