"Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp komandanın müdafiəçi Vircil Van Daykın son durumu haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib: “Bu, qısamüddətli dövr deyil, amma məşqçilik karyeramda uzunmüddətli zədələr olub. O, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq”.
Xatırladaq ki, niderlandlı futbolçu İngiltərə Premyer Liqasında yanvarın 2-də keçirilən "Brentford"la matçda əzələ problemlərinə görə fasilədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.