Almaniyanın “Frayburq” klubu hücumçusu Kevin Şadeni İngiltərənin “Brentford” komandasına icarəyə verib.
Offsideplus.az xəbər verir ki, Almaniyadan olan 21 yaşlı futbolçu yayda birdəfəlik “Brentford”a keçəcək. Onunla 5 illik müqavilə imzalanacaq.
Şade “Frayburq”un yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna 6 qol vurub.