“Çelsi” klubu “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subamendi ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi ispaniyalı futbolçunu zədə səbəbindən komandaya kömək edə bilməyən Nqolo Kantenin əvəzləyicisi kimi transfer etməyi düşünür.
Öncədən “Çelsi”nin fransalı futbolçu ilə yeni müqavilə imzalamayacağı bildirilib. Kantenin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.