"Liverpool"un yeni transferi Virqil Van Deyk oyun formasına soyadını yazdırmayıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin atası ilə münasibətləri soyuqdur. Hollandiyalı oyunçunun atası onun anasını və 3 uşağının tərbiyəsində iştirak etməyib. Bununla əlaqədar o, öz formasında atasını adı həkk etməyi lazım bilməyib.Virqil Van Deyk "Liverpul"a "Southampton"dan 75 milyon funt sterlinqə (84,5 milyon avro) keçib. O, tarixdə ən bahalı müdafiəçiyə çevrilib.

goal.az