"Çelsi" klubu fransalı yarımmüdafiəçisi Nqolo Kante ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu komandada saxlamaq fikrindədir.
Məlumatı jurnalist Saymon Fillips yayıb. Onun sözlərinə görə, Kante özü də komandada qalmaq istəyir.
31 yaşlı fransalı futbolçunun "Çelsi" ilə müqaviləsi 2023-cü ilin iyun ayına kimi qüvvədədir.