Markus Reşford “Mançester Yunayted” klubunu tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı hücumçuya yeni müqavilə təklif etməsə, o, yanvar ayından başqa klubla danışıqlara başlayacaq. 

Hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Yəni, futbolçu yanvarın 1-dən etibarən digər klublarla danışıqlar aparmaq hüququna malikdir. 

Reşford xarici liqalardan gələn təkliflərə baxacaq.