"Tottenhem" Antonio Konte ilə yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, bu barədə  "The Athletic" nəşri məlumat yayıb.

Xəbərə görə, London təmsilçisi italyalı çalışdırıcı ilə yeni müqavilə bağlaya biləcəklərinə ümid edir.

Kontenin klubla cari müqaviləsi mövsümün sonunda başa çatır.  Amma həmin sözləşmədə onun uzadılması variantı var.

Qeyd edək ki, italiyalı mütəxəssis keçən ilin noyabrında "Tottenhem"ə baş məşqçi təyin olunmuşdu.