UEFA Kristian Eriksenə görə onun sabiq klubu "İnter"ə təzminat ödəyib.
Offsideplus.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, klub tərəfindən bildirilib ki, Danimarka millisinin üzvünün Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda ürəyi tutduğu üçün klub 3 milyon avro alıb. Çünki insident baş verən zaman danimarkalı yarımmüdafiəçi "İnter"də çıxış edirdi.
Xatırladaq ki, Avro 2020-nin qrup mərhələsinin Danimarka - Finlandiya matçının ilk hissəsində Eriksenin ürəyi tutmuşdu. Daha sonra ona ürəyində kardioverter-defibrillyator quraşdırılıb. Bununla əlaqədar o, karyerasını İtaliyada davam etdirə bilməmiş və 2021-ci dekabrında “İnter”dən ayrılmışdı.
Qeyd edək ki, Eriksen hazırda "Mançester Yunayted"də çıxış edir. O, bu klubun heyətində 15 oyuna çıxıb və 4 assist edib.