İlkay Gündoğanın “Mançester Siti”də daha uzun müddət çıxış etmək şansı var.
Offsideplus.az xəbər verir ki, rəhbərlik onunla yeni müqavilə üzrə danışıqlara başlayıb.
Almaniya yığmasının yarımmüdafiəçisinin klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Rəhbərlik ona yeni – ikiillik anlaşma layihəsi təklif edib.