“Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kante yenidən zədələnib.
Offsideplus.az xəbər verir ki, keçən həftə dizindəki zədənin təkrarlanmasından sonra Kante bir neçə həftə yaşıl meydanlardan kənarda qalmalıdır. Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxma riski ilə üzləşib.
Fransa millisinin baş məşqçisi Didye Deşam 2022-ci il dünya çempionatı üçün heyəti noyabrın 9-da açıqlamalıdır.
Kante sonuncu dəfə avqustun 14-də meydana çıxıb.