"Mançester Yunayted"in qapıçısı David De Xea Premyer Liqanın 9-cu turunda "Everton" üzərində 2:1 hesablı qazanılan qələbədən sonra gələcəyi ilə bağlı açqlama verib.
Offsideplus.az xəbər verir ki, "BT Sport"a danışan ispaniyalı qolkiper bunları deyib: “Mən sadəcə bacardığım qədər komandaya kömək etməyə diqqətimi cəmlədim. Təbii ki, daha uzun illər burada olmaq istərdim, görək gələcəkdə nə olacaq. Mən burada həqiqətən xoşbəxtəm”.
İspan qapıçı tənqidlərə isə belə cavab verib: "Bu, futbolun bir hissəsidir. Diqqəti cəmləməli, çox çalışmalı, özünə və komandana inanmalısan. Etməli olduğun hər şey bu olmalıdır. Məşqçiyə, komandaya və özünə inanmalısan".
Qeyd edək ki, David De Xea 2011-ci ildə "Atletiko"dan (Madrid) "Mançester Yunayted"ə keçib. 31 yaşlı qolkiper komandanın heyətində iki oyuna çıxacağı halda "Yunayted"in heyətində 500-cü matçını tamamlayacaq.