"Brayton"un zambiyalı oyunçusu İnok Mvepu irsi ürək çatışmazlığı səbəbindən 24 yaşında futbolla vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə afrikalı yarımmüdafiəçinin özü açıqlayıb.
Qeyd edək ki, 2017-2021-ci illərdə "Saltsburq" formasını geyinən Mvepu ötən il Premyer Liqa klubuna transfer olunub.