"Mançester Yunayted" klubunun baş məşqçisi Erik Ten Haq Premyer Liqada sentyabrın ən yaxşısı seçilib.
Offsideplus.az xəbər verir ki, o, Antonio Konte (“Tottenhem”) və Qari O`Nildən (“Bornmut”) üstün olub.
Qeyd edək ki, "Mançester Yunayted" 6 oyundan sonra 12 xalla Premyer Liqada 5-ci pillədədir.