"Tottenhem" "Yuventus"dan icarəyə götürdüyü Dejan Kuluşevskini birbaşa transfer edəcək.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi mövsümün sonunda 22 yaşlı vingeri birbaşa satın alacaq. Bu iki yolla mümkündür:

1. Premyer Liqada 45 dəqiqə olmaqla 20 oyun oynasa və "Tottenhem" Çempionlar Liqasına vəsiqə qazansa, müqavilənin 35 milyon avroya birbaşa satın alma şərti qüvvəyə minəcək. 

2. Bu şərtlər yerinə yetməsə də, İngiltərə klubu birbaşa satın alma haqqından istifadə edə bilər.

Qeyd edək ki, "Tottenhem" 2022-ci ilin yanvarında 18 ay müddətinə Deyan Kuluşevskini "Yuventus"dan icarə əsasında heyətinə qatıb.