İngiltərənin "Brayton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sözügedən vəzifəyə Roberto De Zerbini gətirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub italiyalı mütəxəssislə 4 illik müqavilə imzalayacaq. Roberto bu vəzifədə bir müddət əvvəl "Çelsi"yə baş məşqçi təyin olunan Qrem Potteri əvəzləyib. Onun son olaraq  Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda işləyib.

Onu da vurğulayaq ki, 43 yaşlı çalışdırıcı İngiltərə klubunun tarixində ilk italiyalı mütəxəssis olacaq.

Qeyd edək ki, bir oyun az keçirən "Brayton" 7 turdan sonra 13 xalla Premyer Liqada 4-cü pillədə yer alıb.