Antonio Konte "Tottenhem"lə müqaviləsini yeniləməyə bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis "Yuventus"a dönmək istəyir. Bu səbəbdən italiyalı çalışdırıcının London təmsilçisi ilə sözləşməni yeniləməmək ehtimalı var. Onun "Tottenhem"lə müqaviləsi cari mövsümün sonu başa çatır.

Qeyd edək ki, Konte 2011-2014-cü illərdə "Yuventus"un baş məşqçisi olub.