Səudiyyə Ərəbistanı klublarından biri "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu heyətinə qatmaq istəyib.

Offsideplus.az "Athletic"ə istinadən xəbər verir ki, "Əl-Hilal" klubu 37 yaşlı hücumçunun transferi üçün rəsmi təklif göndərib. Ronaldo isə 244 milyon avro dəyərində olan təklifi geri çevirib. Müqavilənin müddəti 2 illik olub. 

Klub rəhbərliyi gələn il Kriştiano ilə bir daha danışıqlar masasına əyləşməyə çalışacaq.