İngiltərə Futbol Federasiyası Antonio Konte və Tomas Tuxeli cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, "Çelsi" - "Tottenhem" matçından (2:2) sonra komandaların baş məşqçiləri arasında münaqişə baş vermişdi. Görüşün final fitindən sonra almaniyalı mütəxəssis italiyalı həmkarı ilə görüşərkən onun əlini buraxmayıb. Kontenin xoşuna gəlməyən bu hadisə tərəflər arasında qalmaqalla başa çatıb və oyunun hakimi hər iki baş məşqçini qırmızı vərəqə ilə cəzalandırıb.
İngiltərə Futbol Federasiyası Tomas Tuxelə 1 oyunluq cəza və 35 000 sterlinq məbləğində pul cəriməsi kəsib. Antonio Konte isə 15 000 sterlinq məbləğində cərimə ödəməli olacaq.