İngiltərənin "Brayton" klubu hücumçusu Denni Uelbeklə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, futbolçu ilə sözləşmənin müddəti uzadılıb. İngiltərəli 2024-cü ilə qədər komandanın şərəfini qoruyacaq.

Uelbek ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.