PSJ klubu almaniyalı müdafiəçisi Tilo Kehrerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı oyunçunu İngiltərənin “Vest Hem” klubuna satıb.

"Çəkicdöyənlər" bu keçidə görə parislilərə 12 milyon avro ödəyəcək. Kehrer yeni klubu ilə 4+2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.