“Tottenhem” növbəti transferini həyata keçirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi İtaliya “Udineze”sindən Destini Udocini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçuyla müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Razılaşmaya əsasən müdafiəçi  2022/23 mövsümünün sonunadək “Unideze”də icarə əsasında oynayacaq. Premyer Liqa klubu bu transfer üçün qarşı tərəfə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Destini Udoci “Verona”nın yetirməsidir. O, geridə qalan mövsüm "Udineze"nin heyətində A seriyasında 35 oyuna çıxıb, 5 qol vurub və 4 asisstlə fərqlənib. Udoci  2021-ci ildən oynadığı İtaliyanın U-21 yığmasında 4 matçda meydanda olub.