PSJ futbolçusu Tilo Kehreri İngiltərənin "Vest Hem" klubuna satıb. 

 Offsideplus.az xəbər verir ki, bu barədə İnsayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə London klubu 25 yaşlı oyunçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kehrer PSJ-yə 2018-ci ildə "Şalke"dən keçmişdi. O, bu müddətdə komanda ilə bütün turnirlərdə 128 oyuna çıxıb, 4 qol vurub və 4 qol ötürməsiylə yadda qalıb. Mərkəz müdafiəçisi  2018-ci ildən formasını geyindiyi Almaniya millisində isə 20 matç keçirib.