"Mançester Yunayted" hücum xəttini gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının ilk 2 turunda məğlub olan və qol vurmaqda çətinlik çəkən "qırmızı şeytanlar" ön xəttə yeni oyunçu transfer etmək istəyir. Bu məqsədlə klub "Lester"in forvardı Ceymi Vardini heyətə qatmaq üçün hərəkətə keçib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Xəbərə görə, variantlar arasında "Atletiko"dan (Madrid) Alvaro Morata və "Espanyol"dan Raul de Tomas da var.