İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu və baş məşqçisinin adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, futbolçular arasında “Tottenhem”in hücumçusu Harri Keyn bütün həmkarlarını qabaqlayıb.
Dekabrda meydana çıxdığı 6 matçda 8 dəfə fərqlənərək Alan Şirerin rekordunu yeniləyən Keyn 2017-ci ildə Premyer Liqada 39 qolla yadda qalıb.
Ötən ayın ən yaxşı baş məşqçisi isə “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola seçilib. Onun rəhbərliyi altında komanda ay ərzində keçirdiyi 7 matçdan 6-da qələbə qazanıb, 1-də bərabərə qalıb. Ardıcıl 4-cü dəfə Premyer Liqada ayın baş məşqçisi seçilən ispaniyalı mütəxəssis bununla yeni rekord müəyyənləşdirib.