"Qalatasaray"ın mərkəz müdafiəçisi Viktor Nelssonu heyətinə qatmaq istəyən daha bir klubun adı məlum olub.

 Offsideplus.az xəbər verir ki, 23 yaşlı oyunçu "Sevilya"nın ardından İngiltərənin "Fulhem" klubunun da transfer siyahısına düşüb. London təmsilçisi Danimarka millisinin üzvü üçün "sarı-qırmızılar"a  20 milyon avro təklif etməyə hazırlaşır. Bu barədə "Tutto Mercato Veb" məlumat yayıb. 

Qeyd edək ki, Nelssonu heyətinə qatmaq istəyən "Sevilya" isə Türkiyə klubuna müdafiəçi üçün 14 milyon avro təklif etmişdi.