"Everton" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi Fransa "Lill"indən Amadu Onananı transfer edib. 20 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Premyer Liqa klubunun bu keçidə görə qarşı tərəfə 36 milyon avro ödəyəcək.

Qeyd edək ki, belçikalı mərkəz yarımmüdafiəçisinin yeni komandasında geyəcəyi formanın nömrəsi də məlum olub. Onana Kobi Brayant pərəstişkarı olduğu üçün 8 nömrəni seçib.