Ueyn Runi "Mançester Yunayted"in Kriştiano Ronaldonu satmasını istəyir.

 Offsideplus.az "The Times"a istinadən xəbər verir ki, 36 yaşlı sabiq "qırmızı şeytan" "Mançester Yunayted"in yeni komanda qurmalı olduğunu bildirib.

"Məncə, "Manç. Yunayted" Kriştianonun getməsinə icazə verməlidir. Bu o demək deyil ki, Ronaldo Erik Ten Haqın komandasında oynaya bilmir. O, istənilən komandada oynaya bilər. Ronni həmişə sizin üçün qollar vuracaq. Lakin mən belə düşünürəm ki, "Mançester Yunayted" hazırda titul üçün mübarizə aparmağa hazır deyil. Bu səbəbdən plan qurulmalıdır ki, növbəti 3-4 il içində çempion olmaq mümkün olsun. Xəbərlər doğrudursa, Kriştiano klubu tərk etmək istəyir.  "Manç. Yunayted" ona getməsi üçün icazə verməli və komandaya yeni 9 nömrə gətirməlidir. Ancaq bundan sonra komanda uğur qazana bilər. Buna nail olması üçün Ten Haqa zaman verilməlidir".

Qeyd edək ki, Ueyn Runi hazırda MLS klubu "Di Si Yunayted"in baş məşqçisidir.