"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi "Brayton"nın cinah müdafiəçisi Mark Kukurellanın transferini tamamlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı oyunçu ilə 6 illik sözləşmə imzalanıb.

"Zadəganlar" bu keçid üçün qarşı tərəfə 55+7 milyon funt-sterlinq ödəyəcək.