"Arsenal"ın Amerika əsilli hücumçusu Folarin Baloqun Fransanın "Reyms" klubuna keçib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  21 yaşlı oyunçu qarşıdakı bir mövsüm Liqa 1 təmsilçisində icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Baloqun 2012-ci ildə 10 yaşında "Arsenal"ın akademiyasına qoşulub. O, əsas komandada 10 matça çıxıb və 2 qol vurub. Forvard geridə qalan mövsümün 2-ci yarısını Çempionşip təmsilçisi "Midlsboru"da keçirib. Sözügedən komanda ilə bütün turnirlərdə 21 oyuna çıxan futbolçu 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.