Timo Verner "Çelsi"ni tərk etmək üçün maaşının azaldılmasına belə razıdır.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, 26 yaşlı forvard "zadəganlar"ın heyətində forma şansı tapa bilmədiyi üçün komandadan ayrılmaq istəyir. Almaniya millisinin üzvü daha az məbləğdə maaşla oynamağa hazırdır.

"Leyptsiq"lə icarə əsasında anlaşma baş tutarsa, ildə 20 milyon avro qazanan Verner maaşında endirim edəcək.

Qeyd edək ki, Timo Verner 2020-ci ildə "Leyptsiq"dən "Çelsi"yə transfer olub.