"Fulhem" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istianədən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Arsenal"dan Bernd Lenonu transfer edib. 30 yaşlı qapıçı ilə 3+1 illik sözləşmə imzalanıb. Klub tərəfindən keçidin maliyyə detalları haqda məlumat verilməsə də, İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "topçular" oyunçunun transferindən 10 milyon avro qazanacaq.

Qeyd edək ki, Leno 2018-ci ilin yayından "Arsenal"da oynayırdı. O, London klubunda 125 matçda145 qol buraxıb. Təcrübəli qolkiper geridə qalan mövsüm meydana çıxdığı 8 oyunda isə 2 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.