"Arsenal"ın yeni kapitanı müəyyənləşib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisinin kapitanlıq sarğısı Martin Edeqora verilib. 

Qeyd edək ki, komandanın əvvəlki kapitanı Aleksandr Lakazet idi. Fransalı hücumçu klubdan ayrılıb "Lyon"a keçib.

Edeqor 2021-ci ilin 2-ci yarısından "topçular"da oynayır. 23 yaşlı yarımmüdafiəçi geridə qalan mövsüm bütün turnirlədə 40 oyunda 7 qol vurub və 5 asisstlə yadda qalıb.