“Vest Hem” heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Sassuolo”dan Canluka Skamakkanı transfer edib.  23 yaşlı forvard ilə 5 illik sözləşmə imzalanıb. Premyer Liqa klubu İtaliya millisinin hücumçusuna görə qarşı tərəfə 36 milyon avro ödəyib.

Qeyd edək ki, Skamakka geridə qalan mövsüm A Seriyasında 36 oyuna çıxıb və 16 qol vurub. O, 2021-ci ildən çağrıldığı milli komandanın heyətində isə 6 matçda meydanda olub.