"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqesin sosial şəbəkədə Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeonenin həyat yoldaşını izləməsi portuqaliyalı ulduzun İspaniyaya getməsi ilə bağlı söz-söhbətlərin daha da aktuallaşmasına gətirib çıxarıb.
Offsideplus.az nüfuzlu "AS" nəşrinə istinadən xəbər verir ki, Corcina bu günə qədər Karla Pereyra ilə sosial şəbəkədə dost deyildi.
Qeyd edək ki, bir müddət əvvəl 37 yaşlı hücumçunun Madrid təmsilçisinə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.