İtaliya millisinin və "Sassuolo"nun futbolçusu Canluka Skamakka İngiltərədə çıxış edə bilər.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki,  "Vest Hem" 23 yaşlı hücumçu üçün qarşı tərəfə rəsmi təklif göndərib. Xəbərə görə, London təmsilçisi Skamakkanı 40 milyon avro qarşılığında heyətinə qatmaq istəyir. Tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, italiyalı oyunçu geridə qalan mövsüm klubu ilə 38 oyuna çıxıb və 16 qol vurub. O, İtaliya yığmasında isə 7 matç keçirib.