"Brentford" klubu yay "transfer pəncərə"sində heyətini "Bolonya"nın cinah müdafiəçisi Aaron Hiki ilə gücləndirib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı futbolçu ilə 4 illik  sözləşmə imzalayıb. İngilislər qarşı tərəfə bu keçid üçün 16,5 milyon avro ödəyib.

Qeyd edək ki, şotlandiyalı müdafiəçi 2020-ci ildən "Bolonya"da çıxış edirdi