"Mançester Yunayted" heyətini tanınmış futbolçu ilə gücləndirəcək.

Offsideplus.az "Mancester Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" komandanı tərk edəcək Kriştiano Ronaldonun əvəzinə "Torino"dan ayrılan Andrea Belottini transfer edəcək. 28 yaşlı hücumçu da İngiltərədə oynamağa müsbət yanaşır.

Xatırladaq ki, Belotti keçən il İtaliya millisi ilə Avropa çempionu olmuşdu.

Qeyd edək ki, forvard 2015-ci ildən "Torino"da çıxış edirdi.