“Mançester Siti” klubunun hücumçusu Qabriel Jezuş “Arsenal”a keçidini tamamlamaq üçün bu gün tibbi müayinədən keçəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı braziliyalı artıq Londondadır. 

“Topçular” braziliyalı hücumçu üçün 45 milyon funt-sterlinq ödəyəcək və 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulan müqavilə bağlayacaq.