İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "çəkicdöyənlər" son mövsümü icarə əsasında komandada keçirən Alfons Areolanın transfer hüquqlarını PSJ-dən alıb. İspan qolkiperlə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Areola ötən mövsüm Premyer Liqada 1 oyuna çıxıb.