"Derbi"nin futbolçusu Malkolm Ebiovei "Mançester Yunayted"in təklifdən imtina edib.

 Offsideplsu.az xəbər verir ki, 18 yaşlı vinger "Kristal Palas"la anlaşacaq. Artıq oyunçu tibbi müayinədən də keçib. Onunla 2027-ci ilədək sözləşmə imzalanacaq.  Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat verib.

Qeyd edək ki, Ebiovei başa çatan mövsümdə "Derbi" formasıyla 29 matçda 8 qol və 3 məhsuldar ötürmə edib.