"Mançester Siti"nin futbolçusu Qabriel Jesus karyerasını "Arsenal"da davam etdirməyə yaxındır.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "topçular" 25 yaşlı braziliyalı oyunçu ilə danışıqlar aparır. "Şəhərlilər"lə 1 il daha sözləşməsi olan hücumçunun bu yay komandanı tərk edəcəyi bildirilib.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"də çıxış edən Jesus bu sezon 41 matçda 13 qol və 12 məhsuldar ötürmə edib.