"Liverpul" klubunun hücumçusu Məhəmməd Salah İngiltərə kubokunun finalında hazırda davam edən "Çelsi" ilə matçda zədələnib.

Offsideplus.az xəbər verir ki, sağ ayağından problem yaşayan misirli forvard 33-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onu, Dioqo Jota əvəzləyib.

Hazırda matçda əlavə vaxt oynanılır. Hesab 0:0-dır.

Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının finalında mayın 28-i "Real"la qarşılaşacaq.