İngiltərənin “Vest Hem” klubu futbolçusu Deklan Raysı heyətində saxlamaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "çəkicdöyənlər" 23 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə də təklif edib.
Premyer Liqa təmsilçisi Raysla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, 2019-cu ildən İngiltərə yığmasına da çağırılan Rays millidəki 29 matçda 2 qola imza atıb.